Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə ərazisini qanunsuz yolla tərk etmək istəyən 88 nəfər saxlanılıb

İstanbul, 8 iyul, AZƏRTAC
Türkiyənin İzmir şəhərinin Dikili, Seferihisar və Çeşmə rayonlarında ölkəni qanunsuz yolla tərk etmək istəyən 88 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidməti tərəfindən aparılan əməliyyat nəticəsində saxlanılan şəxslər Suriya, Əfqanıstan və digər ölkə vətəndaşlarıdır.
Saxlanılanlar müayinə olunduqdan sonra müvafiq qurumlara təhvil veriliblər.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-08 12:44:00