×
A
A
A
Sazlamalar

Əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs yaxalanıb

Bakı, 8 iyul, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları məbləğində pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyənləşdirilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-08 12:33:00