×
A
A
A
Sazlamalar

Unikal texnologiya: ilk robot rəssam gözəl tablolar yaradır

Bakı, 8 iyul, AZƏRTAC

İnnovasiyalı texnologiyalar sahəsində daha bir sensasiyaya imza atılıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, ixtiraçı Eyden Meller dünyada ilk robot-rəssam yaradıb. İlk qadın proqramçı qrafinya Ada Lavleysin şərəfinə Ay-Da adlandırılan bu texnologiya möcüzəsinin əsərlərindən ibarət ilk sərgi Oksfordda keçirilir. Bildirilir ki, Ay-Da artıq 1 milyon dollardan çox pul qazana bilib.
Eyden Meller jurnalistlərə müsahibəsində deyib: “Bütün zamanlarda rəssamların hamısının bir ümdə məqsədi olub: əsərlərində yaşadıqları cəmiyyətin gerçəkliyini əks etdirmək. Ay-Da isə bu gün istifadə etdiyimiz yüksək texnologiyaların əksidir”.
Ay-Danın gözlərində quraşdırılmış həssas kamera əşyanın təsvirini işləmək üçün onu kompüter “gözlərinə” ötürür. Sonra alqoritm rəsmin çəkilməsi üçün koordinatları müəyyən edir və onları tabloya köçürür. Nəticədə fotorealist təsvirlər deyil, unikal rəsm əsrləri yaradılır.

Texnologiya 2019-07-08 12:10:00