×
A
A
A
Sazlamalar

Tovuzda nənəsinin evindən oğurluq edən şəxs saxlanılıb

Bakı, 8 iyul, AZƏRTAC 

Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kəndinin qadın sakini ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi N.Paşayev həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-07-08 11:26:00