Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib

Tbilisi, 7 iyul, AZƏRTAC
Gürcüstanın mərkəzi avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Avtomobil qəzası Şidi Kartli regionunda, Tbilisi-Senaki-Leselidze magistralında baş verib.
İçərisində 8 nəfərin olduğu “Mercedes” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb və dərhal alovlanıb.
Avtomobildə olan orta yaşlı qadın və iki yeniyetmə hadisə yerindəcə həlak olublar. Ağır xəsarət alan beş nəfər Qori şəhər xəstəxanasına yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-07-07 21:41:00