Yunanıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Bakı, 7 iyul, AZƏRTAC
Yunanıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
AZƏRTAC yunan mediasına istinadla xəbər verir ki, “exit-poll”un nəticələrinə görə, Kiriakos Miçotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya partiyası seçkilərdə qələbə qazanıb. Belə ki, bu partiya seçkilərdə səslərin 38-42 faizini toplayıb. Baş Nazir Aleksis Tsiprasın liderlik etdiyi SYRIZA partiyası isə səslərin 26,5-30,5 faizini toplaya bilib.
Yerli KİV-lərin məlumatına əsasən, Baş Nazir “exit-poll”un nəticələri ilə razılaşdıqlarını bildirib.
Qeyd edək ki, seçkilərdə 20 siyasi partiya parlamentdəki 300 kürsü uğrunda mübarizə aparıb.
İkinci Dünya müharibəsində həlak olan 878 nəfərin qalıqları Belarusda tapılaraq yenidən dəfn edilib
Türkiyədə son sutka ərzində 137 nəfər koronavirusdan həyatını itirib
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb
Son sutka ərzində dünyada 11 mindən çox insan koronavirusdan həyatını itirib
“Türk Hava Yolları” aviaşirkəti İsrail uçuşlarını müvəqqəti dayandırır