Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda yaşayan ruslar Tbilisidə aksiya keçirəcəklər

Tbilisi, 7 iyul, AZƏRTAC
Gürcüstanda yaşayan ruslar və bu ölkədə səfərdə olan Rusiya vətəndaşları iyulun 9-da Tbilisidə aksiya keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları məlumat yayıblar.
Gürcüstan parlamentinin binası qarşısında keçiriləcək aksiyada “Mən Qavrilov deyiləm!”, “Rusiyalılar vahid Gürcüstan naminə” şüarları səsləndiriləcək.
Təşkilatçılar bildiriblər ki, Gürcüstan dünyada ən təhlükəsiz və xeyirxah ölkələrdən biridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-07-07 20:40:00