Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin bir neçə şəhərində meşə yanğınları qeydə alınıb

İstanbul, 7 iyul, AZƏRTAC
Türkiyənin İstanbul, İzmir, Bursa, Kastamonu, Samsun, Afyon, Adıyaman, Kırıkkale, Diyarbakır və Mardin şəhərlərinin müxtəlif bölgələrində meşə yanğınları qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, baş vermiş yanğınlar zamanı meşəlik ərazilərlə yanaşı, əkin sahələri də zərər görüb. Kastamonu şəhərində yanğın dörd evə keçib.
Qeydə alınmış hadisələr əhali arasında təşvişə səbəb olub.
Yanğınlar zamanı xəsarət alanların olmadığı bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-07 20:45:00