Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə PKK terrorçularına məxsus cəbbəxana aşkarlanıb

Ankara, 7 iyul, AZƏRTAC
Türkiyənin Hakkeri vilayətinin Yüksekova rayonu ərazisində PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.
AZƏRTAC xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük cəbbəxana aşkar olunub. Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.
Sırnak bölgəsindəki Gabar dağı ətəklərində isə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilmiş əməliyyatda 2 terrorçu məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-07 18:40:00