Latviyanın yeni Prezidenti ilk səfərini Estoniyaya edəcək
Riqa, 7 iyul, AZƏRTAC
Latviyanın yeni Prezidenti Eqil Levitsin iyulun 8-də andiçmə mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Riqada avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Eyni zamanda, ictimai nəqliyyat da gün ərzində pulsuz hərəkət edəcək.
Eqil Levits əvvəlcə Azadlıq heykəlinin önünə çələng qoyacaq, daha sonra isə elə oradan xalqa müraciət edəcək. Bu müraciət forması Latviyada ilk dəfədir.
Yeni Prezident andiçmədən sonra ilk rəsmi səfərini Estoniyaya edəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
İkinci Dünya müharibəsində həlak olan 878 nəfərin qalıqları Belarusda tapılaraq yenidən dəfn edilib
Türkiyədə son sutka ərzində 137 nəfər koronavirusdan həyatını itirib
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb
Son sutka ərzində dünyada 11 mindən çox insan koronavirusdan həyatını itirib
“Türk Hava Yolları” aviaşirkəti İsrail uçuşlarını müvəqqəti dayandırır