×
A
A
A
Sazlamalar

Yaponiya Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olunmasını bayram edir

Tokio, 7 iyul, AZƏRTAC

Yaponiya nümayəndə heyəti Osakada yerləşən Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısı Komitəsinin qərarı ilə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə qərarını bayram edir.
AZƏRTAC xəbər verir ki, NHK telekanalı bununla əlaqədar nümayəndə heyətinin Azərbaycanın paytaxtı Bakıdakı mehmanxanada iyulun 6-da təşkil etdiyi qəbul barədə məlumat yayıb.
Bildirilir ki, Sakai, Habikino və Fuci şəhərlərində yerləşən Mozu-Furuiçi kurqanlar toplusu özündə IV-V əsrlərdə inşa edilən 49 məzarlığı birləşdirir. Son 8 ildə Osaka prefekturasının qubernatoru və həmin şəhərlərin merləri birlikdə bu tarixi məkanın UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması ilə əlaqədar birgə iş aparıblar.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2019-07-07 15:51:00