Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının liderlərindən birini zərərsizləşdiriblər

Ankara, 7 iyul, AZƏRTAC

PKK/KCK terror təşkilatının aparıcı şəxslərindən olan Diyar Qarip Muhammed Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, uğurlu əməliyyat Qəndil bölgəsinin Kortek rayonunda həyata keçirilib.
“Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyə bölgəsində doğulub. 1992-ci ildə terrorçuluq fəaliyyətinə başlayan həmin şəxs son illər PKK/KCK terror təşkilatının 7 rəhbərindən biri olub. O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-07 15:09:00