Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb, 30 nəfər xəsarət alıb

Ankara, 7 iyul, AZƏRTAC

Türkiyədə son iki gün ərzində ölüm və ağır xəsarətlərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Ankaranın Bala rayonunda hərəkətdə olan minik avtomobili yolun qarşı tərəfinə çıxaraq aşıb. Nəticədə dörd nəfər ölüb, bir nəfər yaralanıb.
Hisarbeyli-Başakköy yolu ilə hərəkət edən mikroavtobusun aşması nəticəsində isə 12-si ağır olmaqla 23 nəfər xəsarət alıb.
Düzcə şosesində ağırtonnajlı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində 4 avtomobil qəzaya uğrayıb. “Metro” şirkətinə məxsus sərnişin avtobusunun da yolda aşması nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-07 13:22:00