Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Corciyada ağır yol qəzası baş verib: 7 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı, 7 iyul, AZƏRTAC

ABŞ-ın Corciya ştatında şənbə günü baş verən ağır yol qəzasında 7 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Fox News telekanalının yaydığı məlumata görə, Franklin dairəsindəki sürətli yolda üç avtomobil toqquşub. İçərisində 6 nəfərin olduğu yolsuzluq avtomobili məlum olmayan səbəbdən qarşı hərəkət zolağına çıxaraq furqona çırpılıb. O da üçüncü avtomobilə dəyib.
Polisin məlumatına görə, furqonun sürücüsü və üç sərnişini həyatını itirib. Qəzada, həmçinin yolsuzluq avtomobilindəki üç nəfər həlak olub, üçü isə yaralanıb.
Qəzanın səbəbi hələlik aydınlaşmayıb. Hüquq-mühafizə orqanları təhqiqata başlayıb.

Dünya 2019-07-07 09:20:00