Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sverdlovskda benzindaşıyan avtomobilin partlaması nəticəsində dörd nəfər həlak olub

Bakı, 7 iyul, AZƏRTAC

Rusiyanın Sverdlovsk vilayətinin şimalında benzindaşıyan avtomobilin partlaması nəticəsində dörd nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı daha 11 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti orta ağırdır.
Benzindaşıyan avtomobil əyləc sisteminin nasazlığı səbəbindən yoldan çıxıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib. İlkin məlumata görə, onların hamısı partlayış vaxtı avtomobilin yaxınlığında olan yerli sakinlərdir.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, sürücü sərxoş vəziyyətdə olub.

Dünya 2019-07-07 08:42:00