Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fransa və İran prezidentləri arasında telefon danışığı olub

Bakı, 7 iyul, AZƏRTAC

Fransa və İran prezidentləri Emmanuel Makron və Həsən Ruhani arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Yelisey sarayının yaydığı bəyanata görə, prezidentlər telefon danışığının gedişində nüvə sazişinin bütün tərəfləri arasında danışıqların bərpa olunması şərtini öyrənmək barədə razılığa gəliblər. “Respublika Prezidenti iranlı həmkarı ilə danışıqların bütün tərəflərlə bərpa olunmasının şərtləri barədə məsələni iyulun 15-dək öyrənməyə razılaşıb”, - bəyanatda belə deyilir.
İran parlamentinin sədr müavini Məsud Pezeşkian bildirib ki, ölkə parlamenti nüvə sazişindən çıxan və Tehrana təzyiq göstərməkdə davam edən ABŞ-la dialoq aparılmasına şübhə ilə yanaşır.

 

Dünya 2019-07-07 04:34:00