×
A
A
A
Sazlamalar

Azərbaycanın Xarici İşlər naziri Sakit Okean Alyansının 14-cü zirvə görüşündə iştirakı çərçivəsində ikitərəfli görüşlər keçirib

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının Limada keçirilən 14-cü Zirvə toplantısı çərçivəsində Yaponiya Xarici İşlər nazirinin müavini Kiyoto Tsuji, Kolumbiyanın Xarici İşlər naziri Karlos Holmes Truxiyo Garsia və Kosta Rikanın Xarici Ticarət nazirinin müavini Duayner Salas Çaverri ilə görüşlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər ikitərəfli əlaqələrin inkişafı baxımından müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Habelə Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinə dair razılıq ifadə edilib.
Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair müzakirələr aparılıb.

Siyasət 2019-07-06 18:00:00