×
A
A
A
Sazlamalar

İstintaq təcridxanalarına narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 6 iyul, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına və 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 28-ci, 317.3-cü, 317.2.1-ci, 66.3-cü, 67.1-ci, 120.2.1-ci, 120.2.11-ci, 180.1-ci, 234.1-ci, 66.2-ci və 67.1-ci maddələrinə əsasən 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Mikayılov Cəlil Tahir oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Sumqayıt şəhər sakini Mikayılov Tahir Cəlil oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd sellofan bükülüdə 2,323 qram tiryək aşkarlanıb.
Cinayət Məcəlləsinin 206.4-cü, 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü, 240.3.1-ci və 240.3.2-ci maddələrinə əsasən həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Kərimov Elçin Əhmədağa oğlu ilə görüşə gəlmiş oğlu Bakı şəhər sakini Kərimov Adnan Elçin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Slavyanka” yazılı şəffaf plastmas qabın içərisindəki mayeyə qarışdırılmış 0,495 qram psixotrop maddə - metamfetamin aşkarlanıb.
Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 181.2.1-ci, 181.2.4-cü, 181.2.5-ci və 228.4-cü maddələrinə əsasən tutulan və Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram heroin aşkar olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-06 16:15:00