×
A
A
A
Sazlamalar

Həyat yoldaşı ilə birlikdə oğurluq edən şəxs tutularaq istintaqa təhvil verilib

Bakı, 6 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzi Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları dərhal həmin ünvana gəlib və müvafiq tədbirlər həyata keçiriblər. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, həyat yoldaşı P.Qarayeva və paytaxt sakini N.Rzayeva polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-06 15:40:00