×
A
A
A
Sazlamalar

Gəncədə keçmiş məhkumdan silah aşkarlanıb

Bakı, 6 iyul, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum edilmiş 43 yaşlı Həsən Quliyevin əlindəki torbadan lüləsi və qundağı kəsilmiş təklüləli, 16 kalibrli ov tüfəngi və 16 kalibrli altı patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-07-06 14:42:00