×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda motosiklet oğurlayan şəxs tutulub

Bakı, 6 iyul, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan “Yamaha” markalı motosikletinin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletlə birlikdə saxlanılıb.
Faktla əlaqədar araşdırma aparılır.

Hadisə 2019-07-06 13:57:00