×
A
A
A
Sazlamalar

Abşeron rayon sakininə qarşı quldurluq edilib

Bakı, 6 iyul, AZƏRTAC 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Abşeron rayon sakini H.Məmmədov iyunun 23-də saat 4 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onu bıçaqla hədələyərək 150 manat pulunu və mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb. Bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib. Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Zayidov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-06 12:45:00