×
A
A
A
Sazlamalar

Oğuzda üç tondan artıq narkotik tərkibli bitki məhv edilib

Bakı, 6 iyul, AZƏRTAC 

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kiloqram narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb yandırılaraq məhv edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2019-07-06 12:27:00