×
A
A
A
Sazlamalar

Hərbi hissədə bədbəxt hadisə baş verib

Bakı, 6 iyul, AZƏRTAC 

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır xəsarət alıb.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Faktla bağlı araşdırma aparılır.

Ordu 2019-07-06 11:50:00