×
A
A
A
Sazlamalar

Soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 5-də Gəncədə şəhər sakini S.Məmmədovaya zor tətbiq edilərək 200 manat pulunun alınması barədə Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Babayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2019-07-06 11:55:00