×
A
A
A
Sazlamalar

Bakıda ticarət mərkəzində soyğunçuluq edən şəxs saxlanılıb

Bakı, 6 iyul, AZƏRTAC 

İyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2019-07-06 11:36:00