×
A
A
A
Sazlamalar

Gəncədə üçotaqlı ev yanıb

Bakı, 6 iyul, AZƏRTAC 

Gəncə şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə şəhərin Nizami rayonunda ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə üçotaqlı ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-07-06 10:47:00