×
A
A
A
Sazlamalar

Fatih Birol: Neftin qiymətində volatillik davam edəcək

Bakı, 5 iyul, AZƏRTAC

Neftin qiymətində volatillik davam edə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu fikirdədir.
O bildirib ki, qarşıdakı ən böyük problem İranla ABŞ arasındakı gərginliyin və Hörmüz boğazındakı vəziyyətin necə inkişaf edəcəyidir. Qlobal neft ticarətinin üçdəbiri Hörmüz boğazında həyata keçirilir və tankerlər burada Çin, Yaponiya, Koreya Respublikası və Hindistana gedir. Eyni zamanda, təbii qaz ticarətinin də üçdəbiri Asiyada formalaşır. Bu gərginliyi, eləcə də Venesuelada istehsalın azalması və Liviyada vətəndaş müharibəsi kimi proseslərə nəzər saldıqda neftin qiymətinin sabit qalacağını demək çətindir.
F.Birol neftin qiymətində volatillik gözlədiyini deyib: “Neftin qiyməti artan kimi ABŞ bazarda daha çox neft çıxarır və bazarı rahatladır. Buna görə də, volatillik davam edəcək. Əlbəttə ki, böyük bir geosiyasi inkişaf olarsa, qiymətdə atım görə bilərik”.
O “qara qızıl”ın qiymətinin 100 dollar/barreli ötəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini bildirib: “Kifayət qədər ehtiyatımız var və bununla bazarı tənzimləyə bilərik”.

 

Neft - qaz 2019-07-05 13:51:00