Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xalq artisti Elçin Əzizov Rusiya Böyük Teatrında “Qaratoxmaq qadın” operasında çıxış edəcək

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 18-dən 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın” operası oynanılacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, iyulun 18-də və 20-də səhnə əsərində Tomskinin partiyasını Azərbaycan Respublikasının Xalq artisti Elçin Əzizov ifa edəcək.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Teatr və kino 2019-07-05 03:23:00