×
A
A
A
Sazlamalar

Kürdəxanıda 60,5 kilometrlik küçədə təmir işləri aparılıb VİDEO

Bakı, 4 iyul, AZƏRTAC 

Paytaxtın Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kürdəxanı qəsəbəsində vətəndaşların əsas istifadə etdiyi, lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və sosial obyektlərin yerləşdiyi 60,5 kilometrlik 101 küçədə təmir-bərpa işləri görülüb, 302 min kvadratmetrədək sahəyə yeni asfalt-beton örtüyü döşənib. Həmçinin qəsəbədə 351 min kvadratmetr sahədə, ümumi uzunluğu 70,2 kilometr təşkil edən 122 adda küçənin bərpası işləri nəzərdə tutulub.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Tikinti̇ 2019-07-04 11:28:00

Video