×
A
A
A
Sazlamalar

Masallı rayonunda ev yanıb

Bakı, 4 iyul, AZƏRTAC 

Masallı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Xırmandalı kəndində ümumi sahəsi 45 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli ikiotaqlı ev yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yasamal rayonunda isə çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 1600 kvadratmetr olan mağazada 3 soyuducu və rəf yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğının qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Hər iki hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-07-04 10:23:00