×
A
A
A
Sazlamalar

“Klassik Kino Həvəskarları Klubu”nda növbəti görüş

Bakı, 3 iyul, AZƏRTAC
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranı” kino günləri təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu çərçivədə iyulun 5-də Nizami Kino Mərkəzində “Klassik Kino Həvəskarları Klubu”nda növbəti görüş keçiriləcək.
Gecənin moderatoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev bu il 130 illik yubileyi qeyd olunan məşhur Amerika və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediya ustası və bəstəkarı Çarli Çaplinin yaradıcılığı haqqında söhbət açacaq və onun “Müsyö Verdü” (1947) bədii filmi nümayiş olunacaq.

Teatr və kino 2019-07-03 17:57:00