×
A
A
A
Sazlamalar

Bakıda ümumi inşaat işlərinin 85,2 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Bakı, 3 iyul, AZƏRTAC 

Bu ilin yanvar-may aylarında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,4 faizini əsaslı təmir, 5 faizini cari təmir, 19,6 faizini isə digər tikinti işləri təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ümumi inşaat işlərinin 85,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Tikinti̇ 2019-07-03 13:36:00