×
A
A
A
Sazlamalar

Ağcabədidə keçmiş məhkumun evindən yeddi kiloqrama yaxın marixuana aşkarlanıb

Bakı, 3 iyul, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Musaküçə kənd sakini A.Abuşovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-07-03 13:34:00