×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binada yanğın baş verib

Bakı, 3 iyul, AZƏRTAC 

Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 kvadratmetr olan otaqda rəflər, sənədlər 15 kvadratmetr sahədə, 1 ədəd kondisioner və 4 kompüter yanıb. Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-07-03 10:30:00