×
A
A
A
Sazlamalar

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxs tutulub

Bakı, 2 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 213-cü (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan A.Nəsirov saxlanılıb.

Hadisə 2019-07-02 18:02:00