×
A
A
A
Sazlamalar

Samir Nuriyev: Son bir ildə 7 şəhərin Baş planı təsdiqlənib

Bakı, 2 iyul, AZƏRTAC
Nazirlər Kabineti tərəfindən son 1 il ərzində 7 şəhərin Baş planı təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.
Komitə sədri qeyd edib ki, hazırda isə 3 şəhərin Baş planı razılaşdırma mərhələsindədir və daha 7 şəhərin Baş planının hazırlanması prosesinə başlanılıb. Növbəti 2 ildə isə digər 9 şəhərin Baş planının hazırlanmasına başlanılacaq.
S.Nuriyev bildirib ki, indiyədək Azərbaycanın 42 şəhərinin Baş planı yenilənib və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

 

Tikinti̇ 2019-07-02 17:16:00