×
A
A
A
Sazlamalar

Xətai rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakı, 2 iyul, AZƏRTAC 

İyulun 1-də saat 23 radələrində Bakı şəhər sakini R.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xətai rayonunun Nobel prospektində yolu keçən paytaxt sakini Azər İsayevi vuraraq hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən R.Əzizov Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-07-02 16:25:00