×
A
A
A
Sazlamalar

Hacıqabulda elektrovozda yanğın baş verib

Bakı, 2 iyul, AZƏRTAC 

Hacıqabul rayonunun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində elektrovozun mühərriki və kabinə hissəsi 40 kvadratmetr sahədə yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2019-07-02 15:36:00