×
A
A
A
Sazlamalar

® “Norm Sement”in təşkilatçılığı ilə ölkədə ilk beton konfransı keçirilib

“Norm Sement”, Beynəlxalq “CPI Worldwide” jurnalı və “ICCX Academy”nin (Beynəlxalq Beton Sərgi və Konfrans) birgə təşkilatçılığı ilə iyunun 20-də “Four Seasons” otelində “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Norm” şirkətinin baş icraçı direktoru Henninq Zassenin salamlama nitqi ilə konfrans açıq elan olunub.
Şirkət nümayəndələri tədbirin keçirilməsində əsas məqsədin tikintiyə yeni həll yollarının gətirilməsi, beton istehsalında ən son texnologiyanın ölkəmizdə tətbiqinin stimullaşdırılması, ümumilikdə son dövrlərdə geniş vüsət almış inşaat sektorunun inkişafına xidmət olduğunu bildiriblər.
Tədbir paralel şəkildə davam edən rəsmi hissədən və xarici qonaqların stendlərinin nümayiş olunduğu sərgidən ibarət olub.
Rəsmi hissədə Almaniyanın “Progress Group”, “Rekers”, “Kraft Curing Systems”, Polşanın “Arcen”, Birləşmiş Ərəb Əmirliklərinin “Ha-Be Betonchemie”, Danimarkanın “Hawkeye Pedershaab”, İspaniyanın “Fib” şirkətlərinin nümayəndələri “beton istehsalında qabaqcıl texnologiyalar”, “müasir həll metodları”, “müasir panel evlərin inşasının stimullaşdırılması” və “ən son tikinti tendensiyaları” mövzusunda çıxışlar ediblər.
Tədbir zamanı “Norm Sement”in baş kommersiya direktoru Fuad Musayev yerli televiziya kanallarından və xəbər agentliklərindən tədbirə qatılmış mətbuat nümayəndələrinin suallarını cavablandıraraq tədbirin məqsədindən, Avropada beton istehsalında tətbiq olunan ən mütərəqqi avadanlıqların tətbiqinin yerli tikinti şirkətlərinə və bütünlükdə tikinti bazarına gətirəcəyi faydalardan danışıb.
Beynəlxalq beton konfransına qatılan şirkət rəsmiləri çay və nahar fasilələri zamanı bir-birləri və xarici ekspertlərlə ünsiyyət qurmaq, fikir mübadilələri aparmaq və yeni işgüzar münasibətlərin qurulması müstəvisində müzakirələr aparmaq imkanı qazanıblar.
Tədbir iştirakçıları müasir beton və inşaat tendensiyaları barədə son yeniliklərə yiyələnməklə yanaşı, Beynəlxalq beton istehsalçılarının “CPI” ticarət jurnalına 1 illik abunəlik əldə ediblər.
Beləliklə, fəaliyyət müddəti boyunca ölkənin qeyri-neft sektorunun inkişafında kifayət qədər payı olan “Norm Sement” şirkəti növbəti möhtəşəm layihəyə imza atıb.
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm Sement” gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir. Hazırda zavodda 5 çeşiddə – “CEM II/A-P 32,5R”, “CEM II/B-L 32.5R”, “CEM II/A-P 42,5 R”, “CEM II/A-P 42,5 N” (SDPS 500 Ə-20) və “CEM I 52.5N” sement istehsal olunur. Bu sement məhsulları müvafiq olaraq “KLASS A400”, “KLASS B”, “KLASS C500”, “KLASS S” və “KLASS 1” adı ilə satışa təqdim olunur.
Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən “DIN EN 197-1:2011” standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.
Tədbirdə 150-dək yerli və xarici qonaqlar, şirkət rəhbərləri, sement və beton sahəsində ekspertlər, o cümlədən mətbuat nümayəndələri iştirak ediblər.

Tikinti̇ 2019-07-02 11:00:00