×
A
A
A
Sazlamalar

Sabirabad rayon sakinindən 12 kiloqrama yaxın tiryək götürülüb

Bakı, 1 iyul, AZƏRTAC 

Sabirabad rayon sakinindən 12 kiloqrama yaxın narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Babək Əzizovdan 11 kiloqram 845 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-01 19:39:00