×
A
A
A
Sazlamalar

İnnovasiyalar Agentliyində israilli investorun iştirakı ilə seminar keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da İnnovasiyalar Agentliyində BMT-nin İnkişaf Proqramının Akselerator Laboratoriyasının tərəfdaşlığı ilə “İKT-də xanımlar” – “Blue Ocean for Woman in Tech” mövzusunda seminar keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti və İsraildə fəaliyyət göstərən “TC Holdings” platformasının qurucusu, biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor Tal Catran çıxış ediblər. Bildirilib ki, tədbirin məqsədi texnoloji tərəqqi dövründə, innovasiyalar sahəsində gender boşluğunun mövcudluğunu aradan qaldırmaq, elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində qadın liderlərin yetişdirilməsidir.
“From Dreamers to Doers” və “Blue Ocean for Woman in Tech” mövzularında təqdimatla çıxış edən T.Catran, həmçinin gənc qızlar və qadınlara heç vaxt ruhdan düşməməyi, daim texniki sahəyə maraq göstərməyi və kodlaşdırma sənətini öyrənməkdən qorxmamağı tövsiyə edib.

İKT 2019-06-29 18:24:00