×
A
A
A
Sazlamalar

İ.F.Seyidova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2019-cu il.

Sərəncamlar 2019-06-29 15:05:00