Xəzər İqtisadi Forumu çərçivəsində beynəlxalq innovasiya texnologiyaları sərgisi təşkil ediləcək
Aşqabad, 29 iyun, Laçın Sultanova, AZƏRTAC
Avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumu çərçivəsində beynəlxalq innovasiya texnologiyaları sərgisi təşkil ediləcək.
Sərgidə region ölkələrinin və onların tərəfdaşlarının elmi-texniki potensialı əyani şəkildə təqdim olunacaq. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan Ticarət-Sənaye Palatasının sədri Orazmurat Qurbannəzərovun sözlərinə görə, Xəzər İqtisadi Forumu ilə eyni vaxtda avtomobil sərgisi də təşkil olunacaq.
Sərginin ümumi sahəsi 5 min kvadratmetrdən çox olacaq.
Forumun proqramı üç hissədən ibarətdir: Beynəlxalq konfrans, Xəzər İnnovasiyalar Texnologiyalar sərgisi və müqavilə hüququ məsələləri – müqavilələrin, sazişlərin və başqa sənədlərin imzalanması.
Xəzər İqtisadi Forumu çərçivəsində müxtəlif iqtisadi və ekoloji mövzularda dəyirmi masalar da təşkil olunacaq. Konfrans iştirakçıları iri layihələrin həyata keçirilməsi üçün şərait yaradılması, Xəzəryanı ölkələrdə müxtəlif sahələrin innovasiya baxımından cəlbediciliyi, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq və bir sıra başqa məsələləri müzakirə edəcəklər.
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
Şirkət təmsilçisi: Məqsədimiz suvarma sistemlərinin Azərbaycanda geniş tətbiqinə dəstək olmaqdır
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
“Caspian Agro” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilir