×
A
A
A
Sazlamalar

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Ağcabədi rayonunda əməliyyat keçiriblər VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakinləri Sabir Məmmədov və Röyal Qaraşov narkotik vasitə olan heroin satmaq istəyən zaman saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə yüksək psixotrop təsirə malik narkotik vasitə - 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb. Hər iki şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf edib.
Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2019-06-28 15:11:00

Video