×
A
A
A
Sazlamalar

Siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdi baş tutmayıb

Bakı, 28 iyun, AZƏRTAC

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 7200 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi “Opel Vectra”, “Opel Astra”, “QAZ-3102” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd “Senator”, 3400 ədəd “King”, 1800 ədəd “Marlboro” markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-28 13:52:00