×
A
A
A
Sazlamalar

Türkmənistanda təbii qazdan istehsal olunmuş benzinin ilk partiyası Əfqanıstana göndəriləcək

Aşqabad, 28 iyun, Laçın Sultanova, AZƏRTAC

Türkmənistanda təbii qazdan istehsal olunmuş benzinin ilk partiyası Əfqanıstana göndəriləcək.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iyunun 28-də təbii qazdan benzin istehsalı üzrə zavodun açılışında çıxışı zamanı söyləyib.
Türkmənistan dövlətinin başçısı deyib: ”Bu günlərdə 60 ton həcmində ilk benzin partiyası istehsal olunacaq və humanitar yardım kimi Əfqanıstana göndəriləcək”.

Neft - qaz 2019-06-28 12:17:00