×
A
A
A
Sazlamalar

Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və dərman preparatları aşkarlanıb

Bakı, 27 iyun, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonlar və dərman preparatları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Xanoba” gömrük postunda Rusiyadan Azərbaycana gələn “Mercedes Vito 115 CDI” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonundakı müxtəlif gizli saxlanc yerlərindən qutuları və aksesuarları ilə birlikdə olan 4 ədəd “İphone 8 Space Gray”, 1 ədəd “İphone 8 Plus Space Gray” və 15 ədəd “İphone 8 Plus Gold” markalı mobil telefonlar, 5600 həb “Oxandrolone 50 ml”, 6500 həb “Turanabol 50 ml”, 60 flakon “Boldenone 300 mg/ml”, 50 flakon “Trenbolone 100 mg/ml”, 49 flakon “Sustanon 300 mg/ml”, 39 flakon “Nandrolone 325 mg/ml”, 49 flakon “Testosterone 100 mg/ml”, 50 flakon “Masterone 100 mg/ml” və 50 flakon “Testosterone 300 mg/ml” adlı dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-27 15:59:00