×
A
A
A
Sazlamalar

Biləsuvarda yanğın nəticəsində altı avtomobil yararsız vəziyyətə düşüb

Bakı, 26 iyun, AZƏRTAC
Biləsuvar rayonunda avtomobil dayanacağında yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 18 kvadratmetr olan taxta köşk, yaxınlıqdakı iki “Hyundai”, iki “VAZ ”, bir “Mercedes” və bir “Mitsubishi” markalı minik avtomobilləri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

Hadisə 2019-06-26 21:06:00