×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda binada baş verən yanğın söndürülüb

Bakı, 26 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN )"112" qaynar telefon xəttinə Nəsimi rayonu, 28 May küçəsində binada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-06-26 17:06:00